“Karolina Harrikeynz” klubunun sahibi Tom Dandon MXL oyunlarının azarkeşsiz keçirilməsini mənasız iş kimi dəyərləndirib.
Onun fikrincə, təqvimi məhz xikkey həvəskarlarının arenaya gələ biləcəyi vaxtlara uyğunlaşdırmaq lazımdır.Funksionerin sözlərinə görə, liqanın azarkeşsiz təşkil olunması komandaların qalib gəlmək, mübarizə aparmaq istəyinə pis təsir göstərəcək. Amma o, indiki şəraitdə insanların sağlamlığı batədə düşünməyə məcbur olduqlarını da bildirib.
Xatırladaq ki, MXL-də mövsüm bərpa olunandan sonra azarkeşlər bir müddət tribunalara buraxılmayacaq.